İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mübariz nə müharibə iştirakçısıdır, nə də müharibə əlili"

1588 01.05.2026 12:01 Ölkə A A

"Milli Onkologiya mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olan, dünən özünü və həkimi partladan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevi ictimaiyyətə müharibə qazısi kimi təqdim olunduğunu gördüm. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, işğaldan azad edilən rayonlardan birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısıdır, nə də müharibə əlili".

Musavat.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial media hesabında yazıb. O bildirib ki, sözügedən şəxs qazi deyil:

"Son illərdə xaricdə oturan bəzi üzdən iraq "media" mənsubları harda neqativ hadisə baş verirsə, dərhal müharibə iştirakçılarının bu proseslərdə adını hallandırmaqla ictimaiyyət arasında gərginlik yaratmağa və bununla da səhifələrində geniş izləyici kütləsi toplamağa çalışırlar. Üzdə müharibə iştirakçılarını guya müdafiə etdiklərini göstərməyə, əslində isə alt şüurda müharibə iştirakçılarını ictimaiyyətə bandit, quldur və terrorçu imicində təqdim etməyə çalışırlar.

Dəyərli izləyicilər, hər oxuduğumuz və eşitdiyimiz xəbər doğru olmaya bilər. Etibarlı mənbələri izləyin.

Əlbəttə ki, bu xoşagəlməz bir hadisədir. Ümid edirəm ki, hüquq mühafizə orqanları ətraflı araşdırma aparacaq, hadisənin səbəb və nəticələri barədə ictimaiyyətə geniş məlumat verəcəklər".

Qeyd edək ki, Milli Onkologiya Mərkəzində partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə hazırda vəziyyəti ağır olub, müalicəsi xəstəxanada davam etdirilir. Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR