Suriyada keçmiş hakimiyyətə dəstək mahnıları ilə tanınan müğənni Camal Assaf Hələbdə saxlanılmağa cəhd edilərkən öldürülüb.
Musavat.com xəbər verir ku, bu barədə "Syria TV" məlumat yayıb.
Telekanalın yaydığı xəbərə görə, hadisə Hələbin Əl-Furdus rayonunda baş verib. Bildirilir ki, təhlükəsizlik qüvvələrinin patrulu tərəfindən saxlanılmaq istənilən müğənni atışma zamanı öldürülüb.
Məlumata əsasən, insident zamanı daxili təhlükəsizlik qüvvələrinin bir əməkdaşı yaralanıb və tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Hadisənin digər təfərrüatları açıqlanmır. Həmçinin saxlanılmanın hansı ittiham əsasında həyata keçirilməsinin planlaşdırıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Camal Assaf Suriyada silahlı münaqişə dövründə keçmiş prezident Bəşər Əsəd rəhbərliyindəki hakimiyyətə açıq dəstək ifadə edən mahnıları ilə tanınırdı. Onun yaradıcılığı xüsusilə müharibə illərində populyarlıq qazanmış və hökumətyönlü mövqe ilə assosiasiya olunmuşdu.
Şahanə Rəhimli,
Musavat.com






