İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ABŞ-sız müharibəyə hazırlaşır – 70 ildən sonra ilk dəfə!

836 01.12.2025 19:13 Dünya A A

NATO ölkələri ABŞ-sız Rusiya ilə müharibə ssenarilərini məşq etməyə başlayıb. Bunun fonunda ABŞ ordusunun Avropadakı hərbi kontingentinin azaldılması və qoşunların bir hissəsinin geri çəkilməsi qitədə yeni reallıq yaradıb: Avropanın ilk dəfə real hərbi təhdid şəraitində Vaşinqtona tam arxalanacağına əminlik zəifləyib.

Musavat.com xəbər verir ki, son aylarda ABŞ ordusu Avropadakı briqada tərkibli qüvvələrini tədricən geri çəkir.

Oktyabrın sonunda ABŞ Avropa Komandanlığı Rumıniya, Slovakiya, Macarıstan və Bolqarıstanda yerləşən 3000 hərbçinin geri çağırılacağını və onların yerinə yeni kontingent göndərilməyəcəyini açıqlayıb. Rəsmi versiyaya görə, bu qərar ABŞ qüvvələrinin daha “balanslaşdırılmış şəkildə paylanması” və Avropanın artan hərbi imkanlarına uyğunlaşdırılması məqsədi daşıyır.

Lakin “Bloomberg” yazır ki, xüsusilə Rumıniyada bu addımdan narazı olan siyasi çevrələr var - açıq etiraz edilməsə də, pərdəarxası narazılıqlar hiss olunur.

ABŞ-sız hərbi müdafiəni sınamaq artıq praktiki mərhələyə keçib. Noyabrda Transilvaniyada keçirilən təlimlərdə Avropa hərbçiləri ilk dəfə amerikalıların iştirakı olmadan regionun müdafiəsini məşq ediblər. Bununla belə, ABŞ hələlik səmanı nəzarətdə saxlayıb və logistikanı təmin edib - yəni kütləvi müharibə ssenarisində həlledici funksiyaları Avropa hələ tam əvəz edə bilmir.

Qapalı danışıqlarda Avropa rəsmiləri ABŞ-ı qoşunların çıxarılmasından imtina etməyə razı salmağa çalışır, lakin Vaşinqton Avropanın daha çox məsuliyyət daşımalı olduğunu bildirir.

Gözləntini ən aydın ifadə edən fikri isə Vaşinqondakı Yaxın Şərq İnstitutunun Qara dəniz proqramı direktoru Culiya Coya səsləndirib:

“Avropalılar 70 ildən sonra ilk dəfə ABŞ-ın təhlükəsizlik zəmanətlərinə tam zəmanət kimi baxmırlar”.

Bu vəziyyət NATO içində yeni təhlükəsizlik balansı yaradır - sual isə budur: Avropa Rusiya ilə yekun qarşıdurma ssenarisinə təkbaşına hazırdırmı?

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR