İnsanlara hürriyət, millətlərə istiqlal!

“NATO-nun meyitləri atəşkəsi təmin edəcək” — Zelenski–Merz brifinqində qalmaqallı tərcümə xətası - VİDEO

531 15.12.2025 23:38 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Fridrix Merzin birgə brifinqi zamanı diqqətçəkən və qalmaqallı hadisə baş verib.

Musavat.com xəbər verir ki, çıxışlardan birində səsləndirilən ingiliscə “troops” (əsgərlər, hərbi qüvvələr) sözü ukraynalı sinxron tərcüməçi tərəfindən səhvən rus dilində “трупы” (meyitlər) kimi tərcümə olunub. Nəticədə zalda səslənən ifadə belə alınıb:

“NATO-nun meyitləri atəşkəsi təmin edəcək”.

Bu açıq-aşkar dil xətası dərhal diqqət çəkib və zalda çaşqınlıq yaradıb. Hadisəyə Ukrayna Prezidenti Volodimir Zelenskinin özü reaksiya verərək bunun texniki tərcümə səhvi olduğunu bildirib. 

Sözügedən insident sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər qeyd ediblər ki, cəmi bir sözün yanlış tərcüməsi beynəlxalq siyasətdə tamamilə fərqli, hətta absurd məna yarada bilər.

Qeyd edək ki, ingilis dilində “troops” — hərbi qüvvələr, əsgərlər, rus dilində “трупы” isə — meyitlər deməkdir və bu sözlər məna baxımından bir-biri ilə heç bir əlaqə daşımır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR