İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO planı işə düşdü: Almaniya 100-dən çox tankla HƏRƏKƏTƏ KEÇİR

1071 06.02.2026 14:13 Dünya A A

Almaniya yaxın vaxtlarda Litvanın Belarusla cənub-şərq sərhədi boyunca təxminən 5 min hərbçi və 105 ədəd “Leopard 2A8” tankını daimi əsasda yerləşdirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə "The National Interest" nəşri məlumat yayıb.

Bildirilir ki, bu addım NATO-nun OPLAN DEU planının tərkib hissəsidir. Ötən ay Litvaya iki döyüş batalyonu göndərilib və 2027-ci ilə qədər burada yerləşdirilən Almaniya hərbçilərinin sayının 5 mini keçə biləcəyi qeyd olunur.

Rudninkay bölgəsində yerləşəcək briqadanın fəaliyyətinə NATO-nun səkkiz müttəfiq ölkəsindən ibarət çoxmillətli bölmə növbəli şəkildə dəstək verəcək.

Müəllifin fikrincə, Almaniya qoşunlarının Litvada yerləşdirilməsi Moskvanın mümkün addımlarının qarşısını almağa hesablanıb və ehtimal olunan hərbi eskalasiya halında Berlinə reaksiya üçün əlavə vaxt qazandırır. Qeyd olunur ki, bu, İkinci Dünya müharibəsindən sonra Almaniyanın xaricdə ən böyük daimi hərbi yerləşdirməsi hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR