ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə diqqətçəkən və açıq-aşkar provokativ məzmunlu foto paylaşıb.
Musavat.com xəbər verir ki, fotoda Tramp Qrenlandiya ərazisində ABŞ bayrağını sancan obrazda təsvir olunur. Kadrın fonunda isə “Greenland – US Territory, Est. 2026” (“Qrenlandiya – ABŞ ərazisi, 2026”) yazısı yer alır.
Paylaşım qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu Vaşinqtonun Qrenlandiya ilə bağlı iddialarının yeni, daha sərt mərhələyə keçməsi kimi şərh edir. Xatırladaq ki, Tramp hələ əvvəlki illərdə də Qrenlandiyanın ABŞ tərəfindən alınması ideyasını gündəmə gətirmiş, bu isə Danimarka ilə münasibətlərdə ciddi narazılıq yaratmışdı.
İndi isə Trampın bu fotosu Kopenhagenə açıq mesaj kimi qiymətləndirilir: Qrenlandiya mövzusu yenidən ABŞ siyasi gündəminin mərkəzinə qayıdır.
Musavat.com






