İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında “100 dollar” həyəcanı – müharibə qiymətləri uçurur

1203 08.03.2026 23:00 Dünya A A

Qlobal enerji bazarında gərginlik sürətlə artır.

Musavat.com xəbər verir ki, Financial Times qlobal neft bazarında qiymətlərin sürətlə bahalaşdığını və yaxın vaxtlarda bir barel üçün 100 dollar həddinin real ssenariyə çevrilə biləcəyini yazıb.

Qəzetin məlumatına görə, Yaxın Şərqdə hərbi gərginliyin artması və enerji infrastrukturu ətrafında yaranan təhlükələr investorların narahatlığını ciddi şəkildə artırıb. Analitiklər hesab edirlər ki, regionda müharibə daha da genişlənərsə, qlobal enerji təchizatında ciddi pozuntular yarana bilər.

Hazırda Brent markalı neftin qiyməti artıq 90 dollardan yuxarı qalxıb və bazarda artımın davam edəcəyi ehtimalı müzakirə olunur. Xüsusilə Hörmüz boğazı ətrafında təhlükəsizlik riskinin artması bazarda əsas narahatlıq amili kimi göstərilir. Məlumdur ki, dünya üzrə neft daşımalarının böyük hissəsi məhz bu strateji marşrutdan keçir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR