İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi" 3 əcnəbini transfer etdi

1431 14.02.2026 13:25 İdman A A

"Neftçi" PFK-nın əvəzedici heyəti üç yeni oyunçu ilə gücləndirilib.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.

Belçika vətəndaşlığı olan qvineyaəsilli Mamadi Diavara, eləcə də nigeriyalı oyunçular - Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə cari mövsümün bitməsinə qədər rəsmi anlaşma əldə olunub.

Müqavilənin şərtlərinə əsasən, klub tərəfi istədikdə, hər üç futbolçu ilə olan sözləşmənin müddətini daha 2 il uzatmaq hüququna malikdir.

Xatırladaq ki, 19 yaşlı Diavara buna qədər Almaniyanın "Şalke 04" klubunun U-19 kollektivində forma geyinib. 18 yaşlı İstifanus Nigeriyanın "Broad City", 19 yaşlı Oluvafemi isə "36 Lion" komandasından transfer edilib. (Oxu.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR