İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Axundzadənin klubu mövsümə məğlubiyyətlə başladı

937 22.02.2026 13:18 İdman A A

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış edəcəyi “Kolambus Kru” MLS-də (Major League Soccer) yeni mövsümə məğlubiyyətlə start verib.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ohayo təmsilçisi mövsümün ilk turunda səfərdə “Portlend Timbers”lə qarşılaşıb və 3:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Nəriman Axundzadə hələ klubun düşərgəsinə qoşulmayıb, çünki vizasının alınmasını gözləyir. Azərbaycanlı futbolçu “Kolambus Kru” ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR