İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nikosayağı" 3 ildən sonra ilk dəfə -VİDEO

1074 27.01.2026 10:22 Gündəm A A

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli uzun fasilədən sonra ilk dəfə şəxsi görüntüsünü paylaşıb.

O, başına gələn ağır yol-nəqliyyat hadisəsindən sonra sosial media hesablarındakı bütün paylaşımları silmişdi.

Xatırladaq ki, 2023-cü ilin avqust ayında Nicat Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Hadisə zamanı avtomobildə olan dostu Ruslan Məmmədov həyatını itirib. Nicat Şakirli isə ağır xəsarətlər alıb və sağ qolu dirsəkdən amputasiya olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bloger 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunmasını məqsədəuyğun hesab edib./Metbuat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR