İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkda Maduronun məhkəməsi başlandı: İspanca danışır

776 05.01.2026 21:31 Siyasət A A

Nyu-Yorkda Venesuela prezidenti Nikolas Maduronun işi üzrə məhkəmə prosesi başlayıb. ABŞ tərəfinin irəli sürdüyü ittihamlara əsasən, Maduro narkoterrorizm, qanunsuz silah dövriyyəsi və digər ağır maddələr üzrə məsuliyyətə cəlb olunur.

Musavat.com xəbər verir ki, məhkəmə iclasında çıxış edən Nikolas Maduro ittihamları qətiyyətlə rədd edib. O, özünü günahsız hesab etdiyini bildirərək deyib: “Mən günahsızam, ləyaqətli insanam və hələ də ölkəmin prezidentiyəm.”

Məhkəmə zamanı məlum olub ki, Maduroya hüquqları hakim tərəfindən izah edilsə də, o, bu hüquqlar barədə əvvəlcədən məlumatlı olmayıb.

İclasda iştirak edən prezidentin həyat yoldaşı Siliya Flores də ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib. ABŞ-də kokainin qanunsuz dövriyyəsi ilə bağlı iş üzrə təqsirləndirilən Flores hakim Alvin Hellerşteynin sualına cavab olaraq bildirib: “Günahsızam, tamamilə heç bir məsələdə günahım yoxdur.”

***

Nyu-Yorkda Nikolas Maduro və həyat yoldaşının məhkəməsi başlayıb.

Musavat.com Fox News-a istinadən xəbər verir ki, Maduro məhkəmə zalına qandalsız gətirilib və dinləmələr başlayır. O, məhkəmədə ispan dilində danışır və tərcüməçidən istifadə edir. Fox News-un məlumatına görə, Maduro məhkəmədə təmiz və günahsız olduğunu bildirib. O, əlavə edib ki, Venesuela prezidenti olaraq qalır. 

ABŞ məhkəməsi Venesuela konsulluq rəsmilərinin Maduroya baş çəkməsinə icazə verib.

Maduronun həyat yoldaşı da günahsız olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR