İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar 1000-dən çox insanı öldürüb və şikəst edib

853 09.12.2025 17:48 Dünya A A

Ukraynaya qarşı aparılan müharibənin demək olar ki, dörd ili ərzində cəbhədən qayıdan rus hərbçiləri min nəfərdən çox insanı öldürüb və yaralayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Verstka” portalı tərəfindən araşdırılmış məhkəmə qərarları göstərir.

Xüsusilə, “Xüsusi Hərbi Əməliyyat” veteranlarının əlindən azı 551 nəfər həlak olub: onlardan 274-ü qətlə yetirilib, 163-ü ağır bədən xəsarətləri aldıqdan sonra ölüb, 78-i avtomobil qəzasında həyatını itirib, daha 36 nəfər isə narkotik istifadəsinə cəlb etmə də daxil olmaqla digər cinayətlərin qurbanı olub. Qətlə yetirilənlərin yarıdan çoxunu - 163 nəfər - keçmiş məhkumlar öldürüb.

Həmçinin “Xüsusi Hərbi Əməliyyat” veteranlarının hərəkətləri nəticəsində 465 nəfər xəsarət alıb. Onların hamısı ağır travmalar alaraq əlilliyə qədər gedən zədələr yaşayıb, lakin sağ qalıb. Zərərçəkənlərin yarıdan çoxu - 252 nəfər - yenə keçmiş məhkumların payına düşür. İşlərin əksəriyyəti məişət münaqişələridir və onların yarısında alkoqol və narkotiklər rol oynayır. Ən çox hallarda müharibə iştirakçılarının qurbanları onların ailə üzvləri və tanışları olub. Keçmiş hərbçilər Cinayət Məcəlləsinin 105 (qəsdən adam öldürmə), 111 (sağlamlığa həyati təhlükə yaradan ağır zərərin vurulması), 114 (zəruri müdafiənin həddinin aşılması), 264 (yol hərəkəti qaydalarının pozulması), 240 (adam öldürmə) və digər maddələri üzrə mühakimə olunublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR