İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: Avropa İttifaqı dağılma mərhələsindədir

422 25.12.2025 17:56 Dünya A A

Avropa İttifaqı hazırda dağılma vəziyyətindədir, çünki Brüsseldə qəbul edilən bəzi qərarlar üzv dövlətlər tərəfindən icra olunmur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Bunu Macarıstanın baş naziri Viktor Orban Magyar Nemzet qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqında dağılma prosesi gedir və bu proses Brüssel bürokratiyasının imperiya ambisiyalarının güclənməsi ilə paralel baş verir. “Birlik belə dağılır: qərarlar Brüsseldə qəbul olunur, lakin icra edilmir. Əvvəl bir ölkə qərarı yerinə yetirmir, sonra iki, daha sonra üç ölkə. Mərkəzləşdirilmiş hakimiyyəti gücləndirmək istəklərinə baxmayaraq, qərar qəbul edənlər daim geri çəkilməyə məcbur qalırlar”, – deyə Orban vurğulayıb.

O qeyd edib ki, Avropa İttifaqı üzv dövlətlərin suverenliyini davamlı şəkildə məhdudlaşdırır, lakin eyni zamanda öz səlahiyyətlərini effektiv şəkildə həyata keçirmək imkanına malik deyil. Orbanın sözlərinə görə, hazırda Brüsseldə xaos hökm sürür və əgər “sürətli və dərin institusional yenidənqurma” baş verməzsə, dağılma elə bir mərhələyə çatacaq ki, geri dönüş mümkün olmayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR