İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Macarıstanın "qırmızı xəttini" çəkdi: "Ukraynaya qoşun göndərməyəcəyik"

965 07.02.2026 15:05 Dünya A A

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Ukraynadakı münaqişəyə dair qəti mövqeyini bir daha bəyan edib.

Musavat.com xəbər verir ki, Macarıstan lideri rəsmi Budapeştin Ukrayna ərazisinə heç bir halda hərbi qüvvə göndərməyəcəyini açıqlayıb. Orban bu cür addımın NATO və Qərbin Rusiya ilə birbaşa hərbi qarşıdurmaya girməsi demək olduğunu vurğulayıb.

"Macarıstan öz hərbçilərini Ukraynaya göndərməyəcək. Bu, Rusiya ilə birbaşa hərbi münaqişə riskini yaradır ki, biz də bunun qarşısını hər vəchlə almalıyıq," – deyə Baş nazir qeyd edib.

Orban həmçinin əlavə edib ki, Avropa ölkələrinin münaqişəyə hərbi müdaxiləsi regionda vəziyyəti daha da gərginləşdirə və qarşısıalınmaz fəsadlara yol aça bilər. O, çıxışında Macarıstanın milli maraqlarını qorumağa və ölkəni müharibədən kənarda saxlamağa sadiq olduğunu bir daha təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR