İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Türkiyəyə strateji sazişlər üçün xüsusi səfər etdi

832 08.12.2025 11:38 Dünya A A

Macarıstanın Baş naziri Viktor Orban Ankara ilə münasibətləri yeni mərhələyə çıxarmaq məqsədilə Türkiyəyə rəsmi səfər edib.

Musavat.com xəbər verir ki, Orbanın səfəri Türkiyədə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirakla bağlıdır.

Bu toplantı iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Orbanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü, eləcə də nümayəndə heyətlərinin geniş formatda müzakirələrinin keçirilməsi planlaşdırılır. Tərəflərin enerji, nəqliyyat, müdafiə sənayesi, kənd təsərrüfatı və investisiya layihələri üzrə yeni sazişlər imzalayacağı gözlənilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu səfərlə bağlı açıqlamasında qeyd edib ki, “Ərdoğanın sədrliyi ilə aparılacaq danışıqlar və imzalanacaq razılaşmalar həm regionda sabitliyə, həm də iki ölkənin inkişafına ciddi töhfə verəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR