İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz ölkəsinə qarşı nüvə qalxanı? Keçmiş Duma deputatı Feygindən qalmaqallı ideya

805 20.02.2026 03:16 Dünya A A

Ukrayna müharibəsinin dördüncü ildönümü ilə əlaqədar Parisdə keçirilən tədbirdə Rusiya və Avropa təhlükəsizliyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirilib.

Musavat.com  xarici agentliklərə istinadən xəbər verir ki, Parisin 9-cu dairə meriyasında “Əsirlikdən səs” adlı görüş keçirilib. Tədbir Ukraynada müharibənin dördüncü ildönümünə həsr olunub və Rusiyada saxlanılan ukraynalı hərbçilər və mülki şəxslərin taleyi müzakirə edilib. Görüşdə Mark Feygin, Anastasiya Şevçenko, Gennadi Qudkov, Marina Ovsyannikova və başqaları iştirak ediblər.

Müzakirələr zamanı rusiyalı müxalif fəal Mark Feygin Rusiyanı Avropa İttifaqına qarşı mümkün hücumdan çəkindirmək üçün Fransanın nüvə silahının Rusiya ilə həmsərhəd Aİ ölkələrində yerləşdirilməsini təklif edib.

Onun sözlərinə görə, Fransa suveren dövlət kimi təxminən 300 nüvə başlığına malikdir və bu arsenal Baltikyanı ölkələr, Finlandiya, İsveç, Rumıniya və Polşanın təhlükəsizliyini təmin etmək üçün kifayət edə bilər. Feygin hesab edir ki, bu addım Kremlin aqressiv planlarını cilovlamağa xidmət edə bilər.

O bildirib ki, bu istiqamətdə proseslər artıq başlayıb. Polşa həm Fransa ilə əməkdaşlıq proqramını inkişaf etdirməyə, həm də gələcəkdə öz nüvə imkanlarını nəzərdən keçirməyə hazır olduğunu bəyan edib. Almaniyanın isə öz nüvə silahı olmasa da, nüvə başlıqları daşıya bilən Fransanın hərbi imkanlarından istifadə etməsi məsələsi müzakirə olunur.

Feygin əlavə edib ki, Estoniya da təhlükəsizliyin təmin edilməsi məqsədilə Fransanın nüvə silahının yerləşdirilməsinə hazır olduğunu bildirib. Onun fikrincə, nüvə silahının mövcudluğu müharibənin başlanmasına qarşı əsas çəkindirici faktordur. Əgər Kreml üçün mümkün nüvə cavab zərbəsinin vuracağı zərər qəbuledilməz səviyyədə olarsa, müharibə riski azalacaq.

Qeyd edək ki, tədbirdə Parisin 9-cu dairə meri Jan-Pyer Planar və Fransa Milli Assambleyasının üzvü Frederik Peti də iştirak ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR