İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə iki türk-müsəlman dövləti ilə bağlı ilginc ÇAĞIRIŞ

700 16.12.2025 12:39 Siyasət A A

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi parlamentdə müzakirə olunaraq qəbul edilib.

Musavat.com bildirir ki, Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov sənədi təqdir edbi və iki qardaş ölkə arasında əməkdaşlığın inkişafı baxımından yüksək qiymətləndirib:

“Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında imzalanan memorandum buna nümunə olmalıdır. Bu sənəd hərbi əməkdaşlıq və təhlükəsizlik, müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını təmin edir”.

Eyni zamanda, komitə sədri digər dost dövlətlərlə də anoloji anlaşmanın imzalanmasını təklif edib:

“Gələcəkdə hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu Pakistan və Özbəkistanla da imzalamalıyıq ki, ikitərəfli və çoxtərəfli münasibətlərimiz genişlənsin”.

S.Novruzov Prezidentin amnistiya təşəbbüsündən də bəhs edbi və 20 min məhbusu əhatə edəcək təşəbbüsü yüksək dəyərləndirib. Bildirib ki, indiyədək çoxlu sayda əfv və amnistiya təşəbbüsləri olub, bu da dövlətimizin, ölkə rəhbərliyinin humanizminin məntiqi nəticəsidir.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR