Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyası ətrafında daxili proseslərlə bağlı müzakirələr davam edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, politoloq Stepan Danielyan sosial şəbəkə hesabında hakim partiya üzvlərinə yönəlik diqqətçəkən paylaşım edib.
O yazıb ki, “Vətəndaş Müqaviləsi” partiyasında nə qədər siyasi instinkti və real vəziyyəti düzgün qiymətləndirmə bacarığı olan şəxslərin olduğunu görmək maraqlıdır.
Danielyan bildirib: “Batan gəmini vaxtında tərk etmək xəyanət deyil, sağlam düşüncənin təzahürüdür. Ən azı bir nəfər artıq tapılıb ki, tarixin nəfəsini hiss edir və izlərini təmizləyir”.
Politoloqun paylaşımı Ermənistanda hakim komanda daxilində mümkün parçalanmalarla bağlı müzakirələri daha da gücləndirib.
Musavat.com






