İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan aparatında kilsə qalmaqalı?

490 26.12.2025 14:26 Region A A

Ermənistanda hökumətin son iclasından sonra baş nazir Nikol Paşinyan aparat rəhbəri Araik Arutyunyanla gərgin söhbət aparıb.

Musavat.com xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Qəzetin iddiasına əsasən, Paşinyan ona kilsəyə qarşı aparılan kampaniyanın uğursuz olduğunu deyib.

Mənbənin sözlərinə görə, Paşinyan Arutyunyanı yalnız boş vədlər verməkdə ittiham edib və ona etibar etdiyi məsələ üzrə heç bir real nəticə əldə olunmadığını bildirib. Qəzet qeyd edir ki, bu söhbət hakimiyyət daxilində kilsə məsələsi ətrafında artan narazılığın göstəricisidir.

“İravunk” Nikol Paşinyana qarşı qatı müxalif mövqeyi ilə seçilən qəzetdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR