Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.
Musavat.com xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən KTMT-də iştirakın bərpası ilə bağlı yeni heç bir məlumatın olmadığını deyib.
Baş nazirin sözlərinə görə, əgər yeni məqamlar ortaya çıxsaydı, bu barədə ictimaiyyətə məlumat verilərdi:
“Əgər yeni məlumatlar olsaydı, bunu açıqlayardım. Əvvəlki bütün bəyanatlarım qüvvədə qalır.”
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını faktiki olaraq dondurduğunu açıqlamışdı. 2025-ci ilin dekabrında isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın İrəvanın təşkilatda tamhüquqlu fəaliyyətini bərpa etməsi üçün heç bir maneə görmədiyini bildirib. Onun sözlərinə görə, KTMT-nin normativ-hüquqi bazasında “dondurma” anlayışı mövcud deyil.
Musavat.com






