Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sakinlə mübahisə zamanı sərt reaksiyası ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, Paşinyan emosiyalarına hakim ola bilməyib.
Məlumata görə, o, metroda Qarabağdan gəlmiş bir qadının sualına aqressiv reaksiya verib.
Paşinyan bildirib ki, hakimiyyət Qarabağda yaşayan ermənilərin orada qalması üçün bütün imkanları yaradıb:
“Biz hər şeyi etdik ki, siz Qarabağda yaşayasanız. 2023-cü ildə isə məni ittiham edirdiniz ki, guya sərhədləri bağlamışam insanlar Qarabağdan Ermənistana keçə bilməsin”.
O əlavə edib ki, Ermənistan vətəndaşlarının hesabına milyardlarla vəsait xərclənib:
“Biz milyardlarla pul xərclədik ki, siz orada qalasınız. Bəs niyə qalmadınız?”
Baş nazir daha sonra sərt ifadələr işlədib:
“Siz, qaçanlar, deməyə çalışmayın ki, Qarabağı mən verdim”.
Musavat.com






