Xəbər verdiyimiz kimi, Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.
Görüş zamanı Paşinyan Rusiyanın Ermənistan–Azərbaycan arasında sülh prosesinə göstərdiyi dəstəyə görə Vladimir Putinə təşəkkür edib.
Musavat com xəbər verir ki, Ermənistanın baş naziri Rusiyadan Azərbaycandan keçməklə Ermənistana qatarların gəlməsini tarixi hadisə adlandıraraq, bunun regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə tərəflər regional proseslər, nəqliyyat dəhlizləri və mövcud siyasi gündəmlə bağlı fikir mübadiləsi aparıblar.
Musavat.com






