Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə gəlib.
Musavat.com "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, Paşinyanı hava limanında rəsmi şəxslər qarşılayıb.
Baş nazir səfəri çərçivəsində Ali Avrasiya İqtisadi Şurasının və Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Səfərin gündəliyində həmçinin Rusiya prezidenti Vladimir Putin ilə görüş də var.
Kremlin məlumatına görə, dekabrın 22-də Sankt-Peterburqda MDB dövlətlərinin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək.
Musavat.com






