İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan tərəfdarı olan yepiskopa ev verdi  

517 25.12.2025 16:23 Dünya A A

Ermənistan Müdafiə Nazirliyi (MN) yepiskop Vrtanes Abramyana ikiotaqlı mənzilin ödənişsiz istifadə hüququ ilə verildiyini təsdiqləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli nazirlik məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, mənzil 2018-ci ilin əvvəlində müdafiə nazirinin sərəncamı ilə ayrılıb. Həmin dövrdə müdafiə naziri vəzifəsini Respublikaçı Partiyanın üzvü Vigen Sargsyan tuturdu. MN mənzilin bazar dəyəri ilə bağlı sorğuya isə bu məlumatın mövcud olmadığını bildirib. Həmçinin qeyd edilib ki, digər din xadimlərinə mənzil verilməyib.

Vrtanes Abramyan 27 noyabr tarixində baş nazir Nikol Pashinyanla görüşən səkkiz yepiskopdan biridir.

Vrtanes Abramyan 24 avqust 2008-ci ildə II Qaregin tərəfindən Eçmiədzin Kafedralında yepiskop rütbəsinə təyin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR