İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana hücumun arxasında kim dayanır? FOTO

1158 29.03.2026 15:11 Son xəbər A A

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı bu gün kilsədə baş verən insidentlə bağlı yeni iddialar ortaya atılıb.

Musavat.com xəbər verir ki, erməni mediasının yaydığı məlumatlara görə, hücumun təşkilatçısı kimi təqdim olunan Gevorq Gevorqyan adlı şəxs radikal baxışları ilə tanınır və onun Rusiyaya yaxın qüvvələrlə əlaqəli olduğu iddia edilir.

Mənbələrin bildirdiyinə görə, hadisə əvvəlcədən planlaşdırılmış ola bilər. Bununla belə, yayılan məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, insident Nikol Paşinyanın İrəvanda kilsədən çıxışı zamanı qeydə alınıb və təhlükəsizlik əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ciddi nəticələrin qarşısı alınıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR