Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginlə bağlı son dərəcə sərt və qalmaqallı açıqlama verib.
Musavat.com xəbər verir ki, Paşinyan bildirib ki, II Qaregin (dünyəvi adı ilə Ktrıç Nersisyan) vəzifədən getməyə məcbur ediləcək.
“Məsələ belə təqdim olunur ki, guya Ktrıç Nersisyan istefa vermək niyyətində deyil. Biz elə edəcəyik ki, o, bu niyyətini dəyişsin. Heç kim könüllü şəkildə getmək istəmir. Serj Sarkisyanın da getmək niyyəti yox idi, amma o, getməyə məcbur oldu. Bu, Ktrıç Nersisyana da aiddir”, – deyə Paşinyan vurğulayıb.
Baş nazirin bu açıqlaması Ermənistanda siyasi hakimiyyətlə kilsə arasında gərginliyin daha da dərinləşdiyini göstərir və ölkə daxilində ciddi rezonans doğurub. Ekspertlər Paşinyanın bu sözlərini Ermənistan tarixində kilsəyə qarşı ən açıq siyasi təzyiq mesajlarından biri kimi qiymətləndirirlər.
Musavat.com






