İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan rəqiblərinə zərbə FOTO

1881 02.06.2026 14:15 Son xəbər A A

Ermənistanda seçki öncəsi siyasi gərginlik fonunda diqqətçəkən həbslərdən biri baş verib.

Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsi çoxsaylı şəxslərin maddi maraq müqabilində təsirləndirilməsi (rüşvət yolu ilə ələ alınması) və xüsusilə iri məbləğdə çirkli pulların yuyulması ilə bağlı cinayət işinin açıldığını açıqlayıb.

İstintaq məlumatına görə, ilkin araşdırma çərçivəsində genişmiqyaslı prosessual və sübut toplama tədbirləri həyata keçirilib, təxminən 500 nəfər dindirilib.

Ermənistan mediasında “Alik SVRovski” kimi tanınan tanınmış iş adamı və keçmiş deputat Aleksan Aleksanyan iş üzrə əsas fiqurlardan biri kimi istintaqa cəlb olunub. Prokurorun qərarı ilə onun barəsində ictimai cinayət təqibi başlanıb.

İstintaq orqanlarının qərarı əsasında Aleksanyan Ermənistan Daxili İşlər Nazirliyinin polisi tərəfindən saxlanılıb. Bildirilir ki, hüquq-mühafizə orqanları onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

Rəsmi açıqlamada söhbətin çoxsaylı şəxslərin maddi maraq müqabilində yönləndirilməsi və xüsusilə iri həcmdə vəsaitlərin leqallaşdırılması ittihamlarından getdiyi vurğulansa da, işin bütün detalları hələ açıqlanmayıb.

Qeyd edək ki, Aleksan Aleksanyan Ermənistanda uzun illər biznes və siyasi çevrələrdə təsirli fiqurlardan biri hesab olunub və adı müxtəlif qalmaqallarda hallanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR