İnsanlara hürriyət, millətlərə istiqlal!

Pasiyentləri hepatitə yoluxdurdu: tibb bacısı həbs edildi

385 18.12.2025 01:04 Dünya A A

Musavat.com xəbər verir ki, Kabardin-Balkar Respublikasında məhkəmə Nalçik şəhərində fəaliyyət göstərən özəl sanatoriyanın tibb bacısı barəsində hökm çıxarıb.

Məhkəmənin qərarına əsasən, o, pasiyentlərin HİV və viruslu hepatit C-yə yoluxdurulması işində təqsirli bilinərək 4 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Məhkəmənin mətbuat xidmətinin yaydığı məlumata görə, hökm bu gün elan olunub və cəza real həbs formasında müəyyən edilib.

İstintaq materiallarında bildirilir ki, 2022–2023-cü illərdə Nalçikdə yerləşən sanatoriyada sanitar-gigiyenik normalar sistematik və kobud şəkildə pozulub. Tibbi alətlər lazımi sterilizasiyadan keçirilmədən istifadə edilib, birdəfəlik tibbi ləvazimatlar isə təkrar tətbiq olunub.

Bu səhlənkarlığın nəticəsində 71 nəfər viruslu hepatit C-yə, 5 pasiyent isə HİV infeksiyasına yoluxub.

Eyni cinayət işi çərçivəsində sanatoriyanın direktoru və həkimi barəsində aparılan cinayət təqibi iddia müddətinin keçməsi səbəbilə dayandırılıb. Məhkəmə məsuliyyəti yalnız tibb bacısının üzərində saxlayıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR