İnsanlara hürriyət, millətlərə istiqlal!

Pəhləvi bayrağı və... - Münhendən şok mesaj

1386 15.02.2026 23:48 Dünya A A

ABŞ-li senator Lindsey Graham Almaniyanın Münhen şəhərində İran rejiminə qarşı keçirilən aksiyada iştirak edib. Tədbir zamanı o, Rza Pəhləvi tərəfdarlarının istifadə etdiyi Pəhləvi dövrünə aid İran bayrağını daşıyıb.

Musavat.com xəbər verir ki, Qraham ABŞ siyasətində İran əleyhinə ən sərt mövqeyi ilə tanınan fiqurlardan biri hesab olunur və Donald Trump-ın xarici siyasət xəttinə ən yaxın senatorlardan biridir.

İranla bağlı sərt xətt

Qraham uzun illərdir ABŞ-də İran rejiminə qarşı ən sərt mövqe tərəfdarlarından biri kimi çıxış edir. O, müxtəlif dövrlərdə İranın nüvə proqramına qarşı hərbi zərbə variantını müdafiə edib, ABŞ və İsrailin Tehrana qarşı güc tətbiqini istisna etməyib.

Bununla yanaşı, senator İran rəhbərliyinə qarşı kiber və hərbi təzyiqin artırılmasına çağırıb, sanksiyaların daha da sərtləşdirilməsini dəstəkləyib. O, açıq şəkildə rejim dəyişikliyi ehtimalını müzakirə edən siyasətçilər sırasında yer alıb.

Son çıxışlarında isə Qraham İran daxilindəki etirazlara açıq dəstək verdiyini bildirib və Vaşinqtonun müxalif qüvvələrə daha geniş siyasi dəstək göstərməli olduğunu vurğulayıb.

Trampla yaxın siyasi xətt

Lindsey Qraham əvvəlcə Trampın 2016-cı il seçki kampaniyasını tənqid etsə də, sonradan onun ən yaxın siyasi müttəfiqlərindən birinə çevrilib. Senator Trampın İran siyasətinin formalaşmasında təsirli fiqurlardan sayılır.

O, Ağ Evin sərt sanksiya və “maksimum təzyiq” kursunu açıq şəkildə dəstəkləyib və Respublikaçılar arasında Trampın xarici siyasət xəttini ən fəal müdafiə edən senatorlardan biri kimi tanınıb.

 

Musavat.com

d14f043a-586c-4262-b520-d751bab7b40e.jpg (77 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR