İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon Çinin nüvə və ballistik raket sayını hesablayıb: Şok rəqəmlər

803 25.12.2025 23:48 Dünya A A

2024-cü ildə Çin "600-dən bir az çox nüvə başlığına sahib olub.

Musavatə.com xəbər verir ki, bu rəqəm Pentaqonun Konqresə təqdim etdiyi illik hesabatda əksini tapıb. Hesabata görə, bu, əvvəlki illərlə müqayisədə istehsal tempinin azalmasını əks etdirir. Qeyd olunur ki, "bu yavaşlamaya baxmayaraq, Xalq Azadlıq Ordusu nüvə potensialını kütləvi şəkildə artırmağa davam edir".

ABŞ Müharibə Nazirliyinin hesabatına görə, Çin Ordusu 2030-cu ilə qədər 1000-dən çox döyüş başlığına sahib olmağı planlaşdırır.

ABŞ məlumatlarına əsasən, Çin hazırda 5500 km-dən məsafəni vura bilən 400 DF-31 və DF-41 qitələrarası ballistik raketə və onlar üçün 550 buraxıcı qurğuya malikdir. Hesabatda xatırladılır ki, 2024-cü ilin sentyabr ayında Çin nüvə başlığını tam mənzilə çatdırmaq qabiliyyətini təsdiqləmək üçün silahsız qitələrarası ballistik raketi sınaqdan keçirib. DF-31B qitələrarası ballistik raketi Haynan adasının şimalından buraxılıb. Raket Fransa Polineziyası yaxınlığında okeana düşməzdən əvvəl təxminən 11.000 km məsafə qət edib.

Hesabatda deyilir ki, Çinin həmçinin 3000 km-dən 5500 km-ə qədər məsafədəki hədəfləri vura bilən 300 orta mənzilli ballistik raketi var.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR