İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pezeşkian batmaqda olan "gəmini" xilas etmək istəyir” – İranda sosial etirazlar

606 30.12.2025 16:46 Siyasət A A

İranı kütləvi etiraz aksiyaları bürüyüb. Ölkə Prezidenti Məsud Pezeşkian baş verən etirazlar fonunda hökumətin vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edəcəyini bəyan edib. Dövlət başçısı yerli KİV-ə açıqlamasında xalqa xidmət edə bilmədiyi halda vəzifədə qalmağın mənasız olduğunu vurğulayıb.

Pezeşkian bildirib ki, məsuliyyət onun üzərinə düşürsə, problemin həllini də şəxsən öz üzərinə götürməlidir:

“Biz laqeyd qalmayacağıq və yoxsulluqla, aclıqla mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.

Prezident daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə dialoq aparmaq, onların qanuni tələblərini dinləmək barədə tapşırıq verib.

Azər Həsrət: "Niyə şikayət edirsiniz? Səhər evdən çıxdım, nə tıxac gördüm,  nə də su basmış yer... Pravda.az

Azər Həsrət

Məsələ ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a açıqlamasında bildirib ki, Məsud Pezeşkian batmaqda olan, hər tərəfdən küncə sıxışdırılmış bir ölkənin prezidenti seçilib və indi bu “gəmini” xilas etməyə çalışır:

“Təbii ki, İranın bu günə düşməsində Pezeşkian günahkar deyil. Ölkənin indiki vəziyyətə gəlib çıxmasında əsas məsuliyyət on illərdir hakimiyyətdə olan dini rejimin üzərinə düşür. Bu rejim yanlış yoldan dönmək əvəzinə, XXI əsrdə belə İranı geriyə sürükləməkdə davam edir. Pezeşkian hakimiyyətə gəldikdən sonra bu gedişatı dayandırmağa çalışır, lakin vəziyyətin memarları ona imkan vermək istəmirlər. Nəticədə ölkə dağılmağa doğru gedir və yaxın gələcəkdə İranın param-parça olması, yerində yeni müstəqil dövlətlərin yaranması ehtimalı artır”.

Ekspert qeyd edib ki, İrandakı rejimin zülmü altında yalnız qeyri-fars xalqlar deyil, elə farsların özləri də əziyyət çəkirlər. Onun sözlərinə görə, bu səbəbdən Pezeşkian real vəziyyəti açıq şəkildə dilə gətirir, xalqa qarşı səmimidir və cəmiyyətlə dialoqun vacibliyini vurğulayır:

“Əgər İranda rejim dəyişməzsə, real islahatlar aparılmazsa, ölkəni daha ağır günlər gözləyir. Prezident Pezeşkian savadlı və prosesləri düzgün oxuyan siyasətçidir, bu gedişatın hara apardığını anlayır. Lakin ona istədiyi kimi işləmək imkanı verilmir. İran dünyəvi dövlətə çevrilməsə, dini idarəetmədən imtina etməsə və xalqın seçdiyi Prezidentə – Pezeşkiana real səlahiyyətlər verilməsə, bu ölkənin qurtuluşu mümkün deyil”.

Etibar Seyidağa
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR