İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian və Araqçi Tehranda keçirilən aksiyada iştirak etdi - VİDEO

857 01.04.2026 08:25 Dünya A A

İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçi Tehranın mərkəzi meydanlarından birində təşkil olunan mitinqdə iştirak ediblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.

Agentliyin bildirdiyinə görə, dövlət rəsmiləri paytaxtın mərkəzində keçirilən aksiyaya ölkənin əsas dövlət bayramlarından biri - aprelin 1-də qeyd olunan Respublika Günü ərəfəsində qatılıblar.

Məhz 1979-cu ilin bu günündə İranda dövlətin gələcək quruluşu ilə bağlı ümumxalq səsverməsi keçirilib.

Həmin vaxt əhalinin 98%-dən çoxu İslam Respublikasının yaradılmasının lehinə səs verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR