Rusiyanın Pokrovsk şəhərini ələ keçirməsi yeni və daha təhlükəli hərbi taktikanın tətbiq olunduğunu nümayiş etdirə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu öz təhlilində bildirir.
İnstitutun qiymətləndirməsinə görə, şəhərin tam və ya qismən nəzarətə götürülməsi Rusiyaya yalnız məhdud taktiki üstünlüklər verə bilər. Lakin aparılan kampaniyanın əsas təhlükəsi bununla bitmir.
Hesabatda vurğulanır ki, bu əməliyyatlar Rusiya ordusunun öyrəndiyini və döyüş şəraitinə uyğunlaşdığını göstərir. Analitiklərin fikrincə, bu tendensiya Ukrayna üçün yaxın və orta müddətli perspektivdə daha ciddi problemlər və risklər vəd edə bilər.
Qeyd olunur ki, Rusiyanın adaptiv yanaşması cəbhə xəttində vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb ola və Ukraynanın müdafiə strategiyasına əlavə təzyiqlər yarada bilər.
Musavat.com






