Polşa Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynadakı fəaliyyətləri ilə əlaqədar hərbi aviasiyanı səfərbər edib.
Musavat.com xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
"Əməliyyat Komandanlığı mövcud qüvvə və resursları səfərbər edib. Yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazır vəziyyətinə gətirilib", – komandanlığın "X" sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Qeyd olunur ki, Polşanın atdığı addımlar preventiv xarakter daşıyır və xüsusilə yüksək risk zonalarına yaxın ərazilərdə təhlükəsizliyin təmin olunmasına yönəlib.
Xatırladaq ki, Polşa bu səbəbdən sonuncu dəfə 3 fevralda, ondan əvvəl isə 2025-ci ilin dekabrında döyüş təyyarələrini səfərbər etmişdi.
Adətən, bu addımlar Ukraynada hava həyəcanı elan edildiyi zaman baş verir.
Musavat.com






