İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: Azərbaycan həmişə təhlükəsizlik məsələlərinə böyük əhəmiyyət verib

465 12.03.2026 10:24 Siyasət A A

Azərbaycan həmişə təhlükəsizlik məsələlərinə böyük əhəmiyyət verib.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan əraziləri 30 il ərzində işğal altında olmuş ölkədir. Bu baxımdan Azərbaycan sülhə və təhlükəsizliyə böyük önəm verir. "Bizim münaqişəmiz 30 ildən çox davam etdi. Lakin artıq 7 aydır ki, biz sülh şəraitində yaşayırıq", - o qeyd edib.

Aİlham Əliyev həmçinin vurğulayıb ki, işğal illərində Azərbaycan dünya birliyindən dəstək görməyib.

"Ermənistanla Azərbaycan arasında sülh əldə etdiyimiz müsbət dinamika nəzərə alınmaqla çox unikal bir haldır", - o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR