İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezidentin fərmanlarına diqqət etsək, görəcəyik ki...” –SON DƏQİQƏ açıqlaması

1111 20.02.2026 20:37 Ölkə A A

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir sıra xidmətlər və publik hüquqi şəxslərin vahid qurumlarda birləşdirilib və ya yenidən təşkil edilib. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu barədə danışaraq Musavat.com-a bildirib ki, idarəetmədə təmərküzləşmə müvafiq qurumların fəaliyyətinin səmərəliliyini artırmaq üçün vacibdir:

“Uyğun sahədə fəaliyyət göstərən qurumların birləşməsi onların əslində intellektual potensialının və fəaliyyət mexanizmlərinin birləşdirilməsidir. Bu isə yeni keyfiyyət dəyişikliyi yarada bilər. Nəticə etbarilə burada səylərin cəmləşdirilməsindən, məsələnin həllinə çoxşaxəli yanaşamanın optimallaşdırılmasından və daha tez nəticəsindən söhbət gedir. Şübhəsiz ki, biz Azərbaycan Prezidentinin fərmanlarına diqqət etsək görəcəyik ki, atılan addımlar məhz bu istiqamətdədir”.

Deputat hesab edir ki, buna görə də biz alışdığımız müxtəlif qurumların birləşdirilməsi kontekstində yeni yaranan qurumların fəaliyyətini daha operativ, daha keyfiyyətli və daha dəqiq olmağına şahidlik edəcəyik. Çünki burada müvafiq potensialın eyni məqsəd üçün səfərbər edilməsindən söhbət gedir və bu, əlbəttə ki, təqdirəlayiqdir.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR