İnsanlara hürriyət, millətlərə istiqlal!

Prospektdəki bu çuxura düşən maşınların təkəri partlayır- Video

769 11.04.2026 10:03 Hadisə A A

İntensiv yağışlardan sonra paytaxtın küçə və prospektlərinin asfalt örtüyündə yaranan çuxur və çökmələr sürücülərə problem yaratmaqdadır.

“Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, təhlükəli çuxurlardan biri də Heydər Əliyev prospektinin köməkçi yolunda – Bağırov körpüsünün alt hissəsində yaranıb.

Onun sözlərinə görə, çuxura düşən avtomobillərin bəzilərinin təkəri partlayır. Öz maşınının da təkərinin partladığını deyən şikayətçi aidiyyəti qurumları problemi həll etməyə çağırıb.

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR