İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ – Bavariya oyunu niyə göstərilmir? – İTV-dən açıqlama

8390 07.05.2026 00:26 Ölkə A A

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin yayımı ilə bağlı yaranan narazılıqlardan sonra İctimai Televiziya açıqlama yayıb.

Musavat.com xəbər verir ki, açıqlamada yarımfinal mərhələsinin əvvəlcədən müəyyənləşdirilmiş yayım bölgüsünə əsasən yalnız Arsenal – Atletiko Madrid cütünün hər iki oyununun İTV-nin efirində yayımlandığı bildirilib.

Qeyd olunub ki, Bavariya – PSJ qarşılaşmalarının yayım hüququ İctimai Televiziyaya məxsus deyil. Buna görə də hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə kanal məsuliyyət daşımadığını açıqlayıb.

İTV vurğulayıb ki, hər iki Arsenal – Atletiko Madrid oyunu canlı olaraq tamaşaçılara təqdim edilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR