Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə ölkəsinin müharibəsiz, sülh şəraitində yaşamaq istədiyini bəyan edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Moskva hərbi qarşıdurmalardan kənar bir gələcək arzulayır, lakin təhlükəsizliklə bağlı fundamental problemlər qalmaqdadır.
“Biz də çox istərdik ki, 2026-cı ildə sülh şəraitində, heç bir hərbi münaqişə olmadan yaşayaq”, – deyə Putin bildirib.
Rusiya lideri qeyd edib ki, Moskva artıq NATO-da onu gözləmədiklərini anlayıb. Eyni zamanda, Putinin sözlərinə görə, NATO-nun genişlənməməsi ilə bağlı əvvəlki razılaşmalar faktiki olaraq nəzərə alınmayıb və görməzlikdən gəlinib.
Musavat.com






