İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Cəbhədəki vəziyyət Ukrayna xalqı üçün faciədir” - VİDEO

608 02.12.2025 01:56 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin cəbhədə, xüsusilə Krasnoarmeysk istiqamətində baş verənləri “Ukrayna xalqı üçün faciə” adlandırıb.

Musavat.com xəbər verir ki, o, bunun səbəbini Kiyevin “oğru xuntasının cinayətkar siyasəti” ilə izah edib.

Putinin sözlərinə görə, Ukrayna komandanlığı Krasnoarmeysk altında itkilərlə hesablaşmayıb və “əsgərləri ölümə göndərib”. O bildirib ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin əməliyyatlarına lazımi səviyyədə cavab vermək iqtidarında deyil.

Rusiya qoşun qruplaşmasının “Mərkəz” komandanı Sokolçukun Putinə məruzəsində qeyd olunub ki, Kiyev bu istiqamətə yeni çağırılmış və mobilizə edilmiş şəxsləri göndərir. Onun sözlərinə görə, Krasnoarmeyski deblokasiya etməyə çalışan Ukrayna bölmələrinin şəxsi heyəti arasında ağır itkilər var və “meşə zolaqları ukraynalı hərbçilərin cəsədləri ilə örtülüb”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR