İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin hücuma HAZIRLAŞIR: Müharibə genişlənə bilər

794 09.12.2025 11:44 Dünya A A

Prezident Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq cəhdlərinin döyüş fəallığının azalmasına gətirib çıxardığına dair hələlik heç bir əlamət yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Nəşr yazır ki, bu, Rusiya prezidenti Vladimir Putinin sülhə ümid etmədiyini və hərbi əməliyyatları yavaşlatmaq niyyətində olmadığını göstərir.

Bildirilib ki, ölkənin müharibə rejiminə keçirilməsi böyük resurslar tələb edir, əhalinin səfərbər edilməsi, dövlət büdcəsinin ordunun xeyrinə yenidən bölüşdürülməsi və silah istehsalı üçün sənayenin yenidən qurulması. Lakin döyüşlər dayandırıldıqdan sonra əks proses də ciddi səylər tələb edir. Bu baxımdan Rusiyanın müdafiə göstəricilərini azaltmaq istəməməsi silahlanmanın artırılmasının davam etdirilməsi və mümkün yeni hücuma hazırlıq niyyətindən xəbər verir.

"Sky News"un qiymətləndirməsinə görə, Donald Trampın rəhbərlik etdiyi Ağ Evin mövqeyi dəyişmədən və Qərbin hərbi yardımının həcmi artmadan Rusiyanın tam məğlubiyyətini təsəvvür etmək çətindir. Ukrayna üçün ən optimal variant hazırkı cəbhə xətti boyunca atəşkəsin əldə olunması və ABŞ ilə Avropanın möhkəm təhlükəsizlik zəmanətləri ilə müşayiət olunan danışıqların başlanması ola bilər.

Lakin belə bir addım NATO-nun Avropa müttəfiqlərindən, ilk növbədə Böyük Britaniya, Fransa və Almaniyadan müharibəni həqiqətən qəbul etmələrini və Moskvanın qətiyyətini sınağa çəkəcəyi təqdirdə eskalasiyaya hazır olmalarını tələb edəcək. Bu isə təkcə müdafiə xərclərinin sürətlə artırılması deyil, həm də cəmiyyətin ovqatının dəyişməsi deməkdir ki, hazırda bu istiqamətdə aydın əlamətlər müşahidə olunmur.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR