İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin İrana görə Təhlükəsizlik Şurasını topladı

744 28.02.2026 17:27 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə videokonfrans formatında operativ müşavirə keçirib.

Musavat.com xəbər verir ki,  mətbuat katibi Dmitri Peskov bildirib ki, toplantının əsas mövzusu İran ətrafında yaranmış gərgin vəziyyət olub. Müzakirələr zamanı bölgədə sürətlə dəyişən hərbi-siyasi şərait və regional təhlükəsizliyə yaranan təhdidlər nəzərdən keçirilib.

Xatırladaq ki, Rusiya rəhbərliyinin bu təcili müzakirəsi İrana qarşı endirilən genişmiqyaslı hava zərbələri və tərəflərin qarşılıqlı hədələrinin pik həddə çatdığı bir vaxta təsadüf edir. Moskva bundan əvvəl tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR