İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanı "neprav" çıxartdı: KREMLDƏ SKANDAL VİDEO

2276 01.04.2026 20:05 Siyasət A A

Qarabağdan sonra KTM böhranı – Kreml müdaxiləni niyə rədd etdi? Putin səbəbini açıqladı

Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yaranmış gərginlik yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təşkilatın fəaliyyətində iştirak etməməsinin əsas səbəbini açıqlayıb. Onun sözlərinə görə, rəsmi İrəvan erməni cəmiyyətinə KTMT-nin Qarabağ məsələsində niyə müdaxilə etmədiyini izah etməkdə çətinlik çəkir.

Paşinyan bildirib ki, məhz bu məsələ Ermənistan daxilində təşkilata qarşı etimadsızlığı artırıb və siyasi narazılıq yaradıb.

Mövzu ilə bağlı danışan Rusiya prezidenti Vladimir Putin isə fərqli mövqe ortaya qoyub. O qeyd edib ki, Ermənistan 2022-ci ildə Praqa görüşündə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıb.

Putinin sözlərinə görə, bu qərardan sonra Qarabağ məsələsi artıq Azərbaycanın daxili işi kimi formalaşıb və belə bir vəziyyətdə KTMT-nin prosesə müdaxiləsi “tamamilə qeyri-korrekt” sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR