İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin sülhə ciddi yanaşır, Ukrayna da güclü... VİDEO

484 29.12.2025 00:23 Dünya A A

ABŞ prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı Moskvanın sülhə maraqlı olmadığı iddiaları ilə razılaşmadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, jurnalistin “son günlər Rusiyanın Ukraynaya hücumları Prezident Putinin sülhə ciddi yanaşmadığını göstərirmi?” sualına cavab verən Donald Tramp bu fikri təkzib edib.

“Xeyr, o, sülhə çox ciddi yanaşır. Mənim fikrimcə, Ukrayna da son vaxtlar bir neçə çox güclü hücum həyata keçirib”, – deyə Tramp bildirib.

ABŞ prezidenti bununla da münaqişədə yalnız bir tərəfin hərəkətlərinin ön plana çıxarılmasının doğru olmadığını vurğulayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR