İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin üçün Şimali Koreyada görün nə tikilir...

887 09.12.2025 17:11 Dünya A A

Şimali Koreya Pxenyandakı Kumsusan qonaq kompleksi ərazisində təcili şəkildə üç lüks iqamətgah inşa edir.

Musavat.com xəbər verir ki, hər bir iqamətgah təxminən 13 000 kv. metr sahəni əhatə edir.

Peyk görüntülərinin təhlili göstərir ki, obyektlər yaxın aylarda yüksək vəzifəli xarici liderlərin qəbulu üçün hazırlanır. İqamətgahların tikintisi ilə paralel olaraq yaxınlıqda Ukrayna ilə müharibədə həlak olmuş Şimali Koreya hərbçilərinin xatirəsinə yeni qəbiristanlıq və muzey də salınır.

Peyk şəkilləri 2025-ci ilin oktyabr ayının sonunda böyük işçi düşərgəsi yarandıqdan sonra layihənin sürətlə irəlilədiyini göstərir. "Planet Labs"ın görüntülərinə əsasən, noyabrın ortalarına üç yeni iqamətgahın bünövrəsi tam hazır olub, artıq bir neçə mərtəbə və yardımçı tikililər ucaldılıb. Bu, KXDR rəhbərliyinin layihəni prioritet hesab etdiyinə işarə edir.

Rəsmi Pxenyan Kim Çen In ilə görüş üçün xarici liderlərin planlaşdırılan səfərləri barədə məlumat açıqlamayıb.

Ukrayna müharibəsi fonunda iki ölkə arasında münasibətlərin güclənməsi səbəbindən Vladimir Putin yeni iqamətgahda qalacaq namizəd sayılır. Onların son görüşü 2025-ci ilin sentyabrında Pekində hərbi parad zamanı baş tutub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR