İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Tramp telefonda nəyi müzakirə etdi?

512 28.12.2025 22:11 Siyasət A A

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı 1 saat 15 dəqiqə davam edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakovun sözlərinə görə, telefon dialoqu Donald Trampın təşəbbüsü ilə təşkil olunub. Danışıq zamanı Tramp Rusiya tərəfinin mövqeyini diqqətlə dinləyib və münaqişənin nizamlanması ilə bağlı Moskvanın arqumentləri ilə yaxından tanış olub.

“Donald Tramp Rusiya prezidentinin real razılaşma perspektivləri ilə bağlı qiymətləndirmələrini, Ankoric sammiti zamanı və iki administrasiya nümayəndələri arasında çoxsaylı təmaslar çərçivəsində əldə olunmuş əsas Rusiya–Amerika anlaşmalarına bundan sonra da istinad etməyin prinsipial əhəmiyyəti barədə ətraflı arqumentlərini diqqətlə dinlədi”, – deyə Uşakov bildirib.

Köməkçi əlavə edib ki, Putin və Tramp ABŞ prezidentinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra yenidən telefonla danışmaq barədə razılığa gəliblər.

Uşakovun sözlərinə görə, hər iki lider Ukrayna və Avropa tərəfindən təklif olunan, “referendum bəhanəsi” ilə irəli sürülən atəşkəs planının müharibənin uzanmasına xidmət etdiyi mövqeyində həmfikirdir.

Danışıq zamanı Donald Tramp münaqişənin mümkün qədər tez başa çatdırılmasının vacibliyini xüsusi vurğulayıb. O, müharibənin dayandırılacağı təqdirdə ABŞ-ın həm Rusiya, həm də Ukrayna ilə geniş iqtisadi əməkdaşlıq imkanlarının açılacağını bildirib.

“Donald Tramp israrla qeyd edib ki, müharibəni mümkün qədər tez bitirmək lazımdır. O, bu halda ABŞ üçün həm Rusiya, həm də Ukrayna ilə təsirli iqtisadi əməkdaşlıq perspektivlərinin yarandığını bildirib”, – deyə Uşakov vurğulayıb.

ABŞ prezidenti telefon danışığında Ukraynadakı müharibənin onun üçün “ən çətin məsələ” olduğunu da etiraf edib. Bununla yanaşı, Tramp münaqişənin bitəcəyi halda ABŞ–Rusiya iqtisadi əməkdaşlığının da ciddi imkanlar açacağını qeyd edib.

Telefon danışığının əsas nəticələrindən biri kimi Ukrayna üzrə iki işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Birinci işçi qrupu təhlükəsizlik məsələləri, ikinci isə iqtisadi problemlər üzərində çalışacaq. Uşakovun sözlərinə görə, bu təşəbbüs Tramp tərəfindən irəli sürülüb və Putin tərəfindən dəstəklənib.

Rusiya Prezidentinin köməkçisi bildirib ki, işçi qruplarının fəaliyyəti ilə bağlı daha ətraflı məlumat yaxın vaxtlarda, ehtimal ki, yanvarın əvvəlində açıqlanacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR