İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin fahişəsi” ləqəbli eks-nazir vətəndaşlıqdan məhrum edilir

1881 28.01.2026 21:59 Dünya A A

Avstriyanın NEOS partiyası Rusiyada yaşayan və avstriyalıları "kaftar" adlandıran keçmiş xarici işlər naziri Karin Knayslın vətəndaşlığından məhrum edilməsini təklif edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, parlament partiyası artıq bunun üçün prosedurlara başlayıb. "Kronen Zeitung" qəzetinin məlumatına görə, bu qərar Knayslın vətəni haqqında səsləndirdiyi bir sıra sərt açıqlamalardan sonra verilib.

“Əgər Avropa üçün darıxsam, bu, Avstriya yox, Fransadan ötrü olar. Fransada insanlar insandır, amma Avstriyada onlar kaftardır", - keçmiş diplomat YouTube videosunda bildirib.

NEOS lideri Yannik Şetti partiyanın Knayslın Avstriyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə bağlı ətraflı dosye hazırladığını açıqlayıb. Sənəd baxılması üçün hakimiyyət orqanlarına göndəriləcək.

Şetti keçmiş nazirin Rusiyadakı hərəkətlərini tənqid edib. Onun sözlərinə görə, Knayslın Vladimir Putinə xidmət edən "təbliğat biznes modeli", o cümlədən Avstriyada qadağan olunmuş RT kanalı ilə işi hüquqi nəticələr tələb edir.

Knaysl 2017-ci ildən 2019-cu ilə qədər Avstriyanın xarici işlər naziri vəzifəsində çalışıb. Onun təyinatı ifrat sağçı Avstriya Azadlıq Partiyası ilə koalisiya müqaviləsi sayəsində mümkün olub. 2018-ci ildə onun Putinlə rəqs etdiyi toy görüntüləri ictimai müzakirələrə səbəb olub. Daha sonra o, “Rosneft”in direktorlar şurasına qoşulub, lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra istefa verib.

Avstriya mediasında bu qadını dəfələrlə “Putinin fahişəsi” adlandırıblar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR