Rusiya tərəfi ABŞ-a Putinin iqamətgahına dron hücumu ilə bağlı sübutlar təqdim edib
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, mütəxəssislər vurulmuş pilotsuz uçuş aparatlarından birinin naviqasiya blokundan uçuş tapşırığı faylını çıxarıblar.
Nazirlik qeyd edir ki, faylın şifrəsinin açılması dronun hədəfinin Novqorod vilayətindəki prezident iqamətgahının obyektlərindən biri olduğunu göstərib.
Musavat.com






