İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadağalar xalq üçün, iPhone – özləri üçün: Kremlin ikili standartı ifşa olundu

661 25.12.2025 01:47 Dünya A A

Rusiya siyasi elitasının ikili standartları bir daha açıq şəkildə üzə çıxıb. Qaydalar hamı üçün elan olunur, amma istisnalar ən yüksək dairələrə şamil edilir.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov vaxtilə Rusiya prezident administrasiyasının əməkdaşlarına təhlükəsizlik səbəbilə iOS və Android əsaslı smartfonlardan istifadənin qadağan edildiyini şəxsən bəyan etsə də, özü yeni iPhone 17 alıb.

Xatırladaq ki, 2023-cü ildə Peskov açıq şəkildə bildirmişdi ki, administrasiya əməkdaşlarına xarici əməliyyat sistemli telefonlardan xidməti məqsədlərlə istifadə etmək qadağandır. Həmin açıqlama “təhlükəsizlik riski” arqumenti ilə əsaslandırılmışdı. Lakin ortaya çıxan son faktlar bu qaydaların yalnız sıravi məmurlar üçün keçərli olduğunu göstərir.

Oxşar mövqe sərt və populist çıxışları ilə tanınan deputat Vitali Milonov tərəfindən də nümayiş etdirilib. O, iPhone-ları açıq şəkildə tənqid etsə də, bu mövqe onun parlaq narıncı iPhone almasına mane olmayıb.

Ortaya çıxan mənzərə Kremlin siyasi elitasının köhnə, lakin dəyişməz prinsipini bir daha təsdiqləyir: qadağalar xalq üçün, komfort və texnologiya isə “seçilmişlər” üçün nəzərdə tutulur. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR