İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" qələbə qazandı

1367 05.12.2025 23:40 İdman A A

“Qalatasaray”dan dramatik qələbə – Osimhen son saniyələrdə həlledici qolu vurdu

Musavat.com xəbər verir ki, Türkiyə Super Liqasının XV turunun açılış oyununda “Qalatasaray” doğma meydanda “Samsunspor”u qəbul edib. “Sarı-qırmızılar” ilk hissədə tam üstünlük nümayiş etdirərək fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar.

Lakin matçın ikinci hissəsində qonaqlar gözlənilməz dönüş ediblər. “Samsunspor” 88-ci dəqiqədə hesabı 2:2-yə gətirərək matçı dramatik məcraya salıb.

Qarşılaşmada həlledici epizod isə oyuna əlavə olunmuş dəqiqələrdə yaşanıb. Viktor Osimhen möhtəşəm akrobatik zərbə ilə topu qapıdan keçirərək “Qalatasaray”a 3:2 hesablı əzmkar qələbə qazandırıb.

Bu nəticə komandanın çempionluq yarışında mövqeyini daha da möhkəmləndirib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR